Prezident: "İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir"

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb.


Bundan sonra siyahıyaalma ilə bağlı fikirlərini bildirən Prezident İlham Əliyev deyib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir:

"Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir".