Bakıda xəstə qız itkin düşdü

Bakıda 33 yaşlı qız itkin düşüb.

APA -nın məlumatına görə, Binəqədi rayon sakini, Qurbanova Zümrüd Aydın qızı sentyabrın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına itkin düşən qızın anası Əsmətxanım Qurbanova məlumat verib. Z.Qurbanovanın ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.