Bakıda kişi yüksək dozada narkotikin qurbanı oldu

Bakıda narkotik istifadəçisi ölüb.

APA -nın məlumatına görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbə sakini, 1980-ci il təvəllüdlü Əbdülrəhmanov Taleh Vaqif oğlu yüksək dozada narkotik qəbul etdiyindən halı pisləşib. Yaxınları onu dərhal Kliniki Tibbi Mərkəzə çatdırıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.