Badri Koquaşvili və Nadir Salifov (Lotu Quli) arasında müharibə onların birinin ölümüylə nəticələnəcək.
Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə kriminalistika üzrə ekspert Aleksandr Sidorov bildrib.
Ekspertin fikrincə, adətən bu cür münaqişə qanla başa çatır. “Neçə “qanuni oğru” məhz bu cür münaqişələrin qurbanı olublar. Bu, kriminal aləm üçün ümumi tendensiyadır”.
Sidorovun dediyinə görə, qanuni oğrular arasında münaqişə Rusiya prezidenti Vladimir Putinin oğru adını daşımağa görə sərt tədbirlər görülməsiylə bağlı qərarından sonra daha da şiddətlənib.
“Çünki bəziləri bu addan imtina etdi, bəziləri xaricə qaçdı. Bəziləri də bu boşluğu doldurmaq üçün iddialarını ortaya qoydular. Bununla da “qanuni oğru”lar arasında müharibənin yeni mərhələsi başlayır”, - Sidorov bildirib.