Azərbaycan sərhəddini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az -a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonu, Lələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları - 24 yaşlı Bouremad İshak və 28 yaşlı Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılan şəxslərin sentyabrın 25-də rəsmi qaydada Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.