Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı


Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Mais Məmmədov işdən çıxarılıb və sərəncama götürülüb. 

Məlumatlara görə, M.Məmmədov iki ilə yaxındır bu vəzifədə çalışıb. 

Onun yerinə hələlik təyinat yoxdur.