Bıçaq xəsarəti alan qadının yalanı üzə çıxdı - TƏFƏRRÜAT

Şəkidə iki gün əvvəl xəsarətlə xəstəxanaya yerləşdirilən qadının əri tərəfindən bıçaqlandığı məlum olub.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA -ya verilən məlumata görə, rayon sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusibova sağ qabırğaaltı nahiyənin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. G.Yusibova müayinə zamanı yaşadığı ünvanda yıxıldığını və bu zaman əlində olan bıçaqla xəsarət aldığını bildirib.

Polis əməkdaşlarının həayata keçirdiyi əməliyyat tədbirləri nəticəsində G.Yusibovanın əri tərəfindən bıçaqlandığı məlum olub. Müəyyən edilib ki, 1978-ci il təvəllüdlü Xəyyam Yusubov spirtli içkinin təsiri altında arvadı, 1985-ci il təvəllüdlü Gülşən Yusubovanı bıçaqlayıb.