Azercell şirkətində Verilənlər Bazası Şöbəsinin rəhbəri vəzifəsində çalışan Kamran Ağayev “Oracle ACE Director” mükafatına layiq görülüb. TED.az xəbər verir ki, artıq 18 ildir ki İT sahəsində çalışan Kamran Ağayev bu mükafata layiq görülən yeganə azərbaycanlıdır.
Mükafat Oracle Verilənlər Bazası ilə birgə çalışıb, məqalələr, kitablar yazan, forumlarda suallara cavab verən, fərqli ölkələrdə Oracle haqqında çıxışlar edən şəxslərə təqdim olunur. Mükafatın üstünlüyü ondan ibarətdir ki, bütün beynəlxalq konfranslara girişlər pulsuz olur.
Məlumat üçün bildirək ki, 1977-ci ildə Kaliforniyada qurulmuş Oracle şirkəti 145 ölkədə xidmət göstərən verilənlər bazası idarəetmə sistemidir. Dünyanın əksər bankları, sığorta şirkətləri, agentliklərində Oracle məlumat bazasından istifadə olunur.