Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığı üçün saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şifahi sorğu-sual zamanı xanım vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.
Şəxsi yoxlama zamanı vətəndaşın alt paltarında 3 ədəd bükümdə çəkisi 23 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 136 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.