Sərkisyan Qarabağda Paşinyanın düşmənləriylə görüşdü

Ermənistan eks-prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində bir sıra şəxslərlə görüş keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə, görüş qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş sədri Vitali Balasanyan və keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanla olub.

Qeyd edək ki, bundan öncə Sərkisyan Qarabağda heç kimlə görüşməyəcəyini və onun səfərinin yalnız şəxsi xarakter daşıdığını bildirmişdi.