Ermənistanda zabiti döyən qubernator vəzifədən getdi

Ermənistanın Vayotszor vilayətinin qubernatoru Trdat Sərkisyan istefa verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bununla bağlı ərazi idarəetmə və infrastruktur nazirliyinin mətbuat katibi Armine Muradyan məlumatı təsdiqləyib.

Qeyd edək ki, Paşinyanın komandasında vaxtaşırı istefa qərarı verilir. Sonuncu istefanın səbəbləri geniş müzakirə olunur. Belə ki, əsas səbəb kimi Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Ara Mxitaryanı döyülməsi göstərilir.

Hazırda prokurorluq zabitin əzişdirilməsində qubernatorun iştirakı məsələsini araşdırır.