Consondan AB-yə çağırış: Son Breksit...

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Birliyinə çağırış edib.

Axar.az xəbər verir ki, Conson AB-yə son Breksit müqaviləsini ətraflı şəkildə müzakirə edib nəticə əldə etməyə çağırıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyinin həftənin sonunda yeni bir razılaşmanın mümkün olub-olmadığına qərar verəcəyini bildirib. Conson bazar ertəsi günü Avropa Birliyi ölkələrindən olan həmkarları ilə telefon danışıqları aparacaq.