Siyavuş Novruzov: "İslahatlar nəticəsində ölkəmizdə çevik siyasət həyata keçirilir"

“Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə çevik siyasət həyata keçirilir. Ümummilli lider hər kəsin qarşısında proqram qoyaraq, öz fəaliyyəti və həyat tərzi ilə sübut etdi ki, istənilən hər kəs öz işindən vəzifəsindən layiqincə gəlirsə, onu görüb qiymətləndirirlər”.

Sherg.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP-ın icra katibin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Əli Əsədovu Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı təbrik edən YAP icra katibinin müavini qeyd edib ki, Ə. Əsədov partiyanın üzvü, daha sonra YAP-ın iqtisadiyyat komitəsinin, daha sonra isə 5 il müddətində partiyanın parlamentdəki üzvlərindən olub. Onun sözlərinə görə, Əli Əsədov Avropa Azərbaycan iqtisadi münaibətlərinin qurulmasında çox yaxından iştirak edib, qanunvericiliyimizin Avropa standartlarına uuğunlaşdırılmasında yaxından iştirak edib:

"Daha sonra Ulu öndərin, eləcə də Azərbaycan prezidentinin köməkçisi kimi onun xidmətləri var. Əli Əsədov Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsində işçi qrupunun rəhbəri olub. Bununla yanaşı onun Azərbaycan üçün vacib layihələrdə xidmətləri olmaqla yanşı, ölkə başçısının yaxın köməkçisi kimi kənd təsərrüfatının, iqtisadi sektorda həyata keçirilən islahatlarda mühüm payı var”.