Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

2019-cu il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

APA -nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat James Peebles (Kanada-ABŞ), Mişel Mayor (İsveçrə) və Didier Queloza (İsveçrə) verilib.

James Peebles Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Mişel Mayor və Didier Queloz isə “Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.