Milli Şura Bakıda piket keçirib

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirib.

APA -nın məlumatına görə, BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis təhlükəsizlik tədbirləri görüb.

Aksiyaların paytaxtın mərkəzi meydanlarında keçirilməsinə icazə verilməsi tələbi ilə keçirilən piketin sonunda qətnamə oxunub.