Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.
APA -nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələri yaradılacaq.
Komissiyanın iclasında həmçinin 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilib.
Gündəliyə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.