Hindistanın Tamilnad ştatında gəlin və onun 3 qohumu su anbarının kənarında selfi çəkdirən zaman boğulub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, suya düşən 5 nəfərdən birini xilas etmək mümkün olub.
Məlumata görə, bundan əvvəl xilasetmə xidməti turistlərə Hindistanın Qoa ştatındakı çimərliklərin bəzi yerlərində selfi çəkdirməyi qadağan edib.
Buna səbəb isə turistlərlə baş verən bədbəxt hadisələr olub. Foto çəkdirən zaman bir neçə nəfər boğulub.