Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən SA-1672 bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir.
Bu barədə APA -ya DSX-dan məlumat verilib.
Bildirilib ki, üzmə vasitəsinin xilas edilmiş digər 3 üzvü müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.