Bakının Baş planı müzakirə olundu: Bir neçə təklif verilib

Bakı şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və yerli qurumların ekspertlərinin iştirakı ilə qurumlararası İşçi Qrupun növbəti - üçüncü iclası keçirilib.

İclasda Bakının baş planının hazırlanması üzrə beynəlxalq tenderin qalibi “eS+Pi” şirkətinin paytaxtın inkişaf prioritetlərinə əsaslanaraq işlənmiş daha bir neçə təklifi müzakirə olunub.

Təqdim edilən təkliflər “Əlverişli mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması”, “Dayanıqlı ekologiyaya malik şəhər”, “Mədəni irsin qorunması və yeni şəhər iqtisadiyyatı” kimi mövzuları əhatə edib. İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 paralel sessiya formatında davam etdirilib.