Türk artilleriyası Tel-Abyadda terrorçulara hücum etdi

Türk artilleriyası Suriyanın Tel-Abyad şəhərində terrorçu hədəflərinə hücum edib.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Silahlı Qüvvələrinin Suriyanın şimalında, Kürdüstanın İşçi Partiyası və "İslam Dövləti" terror qruplaşmasına qarşı yönəlmiş "Sülh mənbəyi" əməliyyatının başlandığını elan edib.