Paşinyan Sərkisyanın daha bir adamının həbsini hazırlayır

Ermənistan Xüsusi İstintaq Xidməti parlamentin keçmiş spikeri Ara Babloyana qarşı ittiham irəli sürəcək.

Bu məlumatı “168 Jam” qəzeti yayıb. Məlumata görə, Babloyana qarşı ittiham irəli sürülsə də onun həbsi üçün ittiham elan edilməyəcək. Qəzet Babloyana ittiham sayəsində Ermənistan hökumətinin parlamentin aparatının keçmiş rəhbəsi Arsen Babayanı həbsdə saxlayacağını bildirib.

Qeyd edək ki, Arsen Babayan bundan öncə həbs edilib.