ABŞ Zimbabveyə qarşı sanksiya tətbiq etdi

ABŞ Zimbabve Milli Təhlükəsizlik naziri Ouen Nkubeyə qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti deyib. Nkubeyə qarşı sanksiyalar Zimbabvedəki insan haqlarını kobud şəkildə pozduğu üçün tətbiq edilib.

Qeyd edək ki, Zimbabve Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat fəaliyyətinə nəzarət edir. Bu orqanın rəhbəri Nazirlər Kabinetinə daxil olmur və parlamentə tabe olmur.