ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ölkə başçısı Donald Trampın İŞİD lideri Əbubəkr Bağdadinin ölüm xəbərini Konqresdən əvvəl Rusiya ilə bölüşməsinə qəzəblənib.
Axar.az xəbər verir ki, bu barədə spikerin rəsmi saytında informasiya dərc edilib.
Pelosi sözügedən informasiyanın müəyyən müddətə Konqresdən gizlədilməsinə narazılığını ifadə edib.
Spiker həmçinin Bağdadinin ölümünün İŞİD-in sonu anlamına gəlmədiyini qeyd edib.