Rusiyada təyyarə azərbaycanlıya görə təcili eniş etdi

Novosibirsk-Moskva reysini yerinə yetirən “Boeing-738” təyyarəsi Perm şəhərinin “Bolşoye Savino” aeroportunda təcili eniş edib. 

Oxu.Az xəbər verir ki, buna səbəb uçuş zamanı 62 yaşlı Azərbaycan vətəndaşının səhhətinin pisləşməsi olub. 

Həmin şəxsin infakt keçirdiyi bildirilib. O, xəstəxanaya yerləşdirilib. 

Bu səbəbdən təyyarə bir saat Perm aeroportunda qalıb və gecə saatlarında Moskvaya eniş edib.