Mikayıl Cabbarov kollektivə təqdim olundu

Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.

" APA -Economics"in məlumatına görə, yeni naziri kollektivə Azərbaycanın Baş naziri Əli Əsədov təqdim edib.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub