Azərbaycana gələn avtobusda 17 milyon aşkarlandı

Dağıstan sərhədçilərə Azərbaycana gələn avtobusdan qeydiyyata alınmamış külli miqdarda pul aşkarlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı respublikanın güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb. 

“Pullar Yaraq-Qazmalar sərhəd keçid məntəqəsindəki avtobusda aşkarlanıb. Ümumilikdə 17 milyon rubl (452 min AZN - red.) avtobusun müxtəlif yerlərində gizlədilib”, - məlumatda qeyd edilib. 

Bildirilib ki, pullar müsadirə edilib, avtobus cərimə meydançasına aparılıb, sürücü isə həbs edilib.