Rusiyanın Saratov vilayətində xilasedicilər 17 yaşlı qızı liftin şaxtasından çıxarıblar. Məlumata görə, yeniyetmə selfi edərkən yıxılıb. Belə ki, onlar “bəyənilmək” xatirinə yarımçıq tikiliyə giriblər.
Qızlar beşinci mərtəbədə fotosessiya təşkil ediblər. Dostlarının dediyinə görə, yaxşı rakurs tutmağa çalışan qız addımını diqqətsiz atıb. Nəticədə isə yıxılıb.
Ancaq yıxıldığı yerin hündürlüyünə baxmayaraq, qız nəinki sağ qalıb, heç huşunu da itirməyib. Dostları dərhal həkim və xilasediciləri çağırıb.