Türkiyənin açıqlaması lazım olan bəzi şeylər var.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bred Makqark bildirib.
"Bağdadi Suriyanın şərqində və ya İraqın qərbindəki ənənəvi bölgələrdə deyil, Suriyanın şimal-şərqində, Türkiyə sərhədindən bir neçə kilometr uzaqlıqda - Türkiyənin 2018-ci ilin əvvəlindən nəzarət etdiyi İdlibdə aşkarlandı", - Makqark deyib.
Qeyd edək ki, İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyü barədə növbəti dəfə məlumat yayılıb.