Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin hazırkı vəziyyətini fəaliyyətinə qarajda başlamış “Apple” şirkəti ilə müqayisə edib.
Axar.az xəbər verir ki, çıxışı zamanı Zelenski Ukraynanın çətin vəziyyətdə olduğunu vurğulayıb.
“Biz həqiqətən çox çətin vəziyyətdəyik. Ancaq biz yoluna qarajda başlayan “Apple” şirkətiyik. Əminik ki, ən zülmət gecənin ardından belə parlaq Günəş çıxır”, - Zelenski bildirib.