Almanların 58%-i Türkiyənin “Sülh çeşməsi” əməliyyatına görə NATO-dan uzaqlaşdırılmasını dəstəkləyir.
Axar.az xəbər verir ki, bu nəticə “YouGov”un keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin cəmi 18%-i Ankaranın NATO-dan çıxarılmasının əleyhinə çıxış edib.
Sorğu iştirakçılarının həmçinin 60%-i Ankaraya qarşı iqtisadi sanksiyaların tətbiqi və ixracına qadağan qoyulmasını istəyib.