Ağır xəsarət alan Bakı sakini polisi aldatdı

1983-cü il təvəllüdlü Bakı şəhər sakini Mənzərə Tanryverdiyeva qarın nahiyəsinə nüfuz edən bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin dindirmə zamanı zərərçəkmiş özünü bıçaqladığını dedyib.

Ancaq araşdırma zamanı qadının yalan danışdığı üzə çıxıb - M. Tanrıverdiyeva məişət zorakılığının qurbanı olub.

Onun əri, 1979-cu il təvəllüdlü Rəfail Tanrıverdiyev cinayətdə şübhəli bilinir. O saxlanılıb.

Bədənə ağır xəsarət yetirmə faktı ilə cinayət işi başlanıb.