Aqil Abbas: "Vəzifəli şəxslər öz işlərini yerinə yetirə bilməyibsə..."

“Ölkəmizdə əvvələr də müəyyən islahatlar aparılıb. Görülən bütün işlər, aparılan islahatlar Azərbaycanın iqtisadi inkişafı üçün böyük rola malikdir”.

Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib:

"Vəzifəli şəxslər öz işlərini yerinə yetirə bilməyibsə, onlar həmin vəzifədən azad ediliblər. Bu da normal haldır. Son zamanlar isə belə hallar tez-tez baş verdiyi üçün ölkədə ajiotaj yaratdı. Hər halda Cənab Prezident islahatlar həyata keçirməklə ölkəmizdə iqtisadi inkişafa nail olub. Hər birimiz Prezidentin apardığı islahatları dəstəkləyirik”. 

Qeyd edək ki, Prezident İlham Əliyev ölkəmizdə kadr islahatlarının labüd və qaçılmaz olduğunu deyib. Ölkə başçısı islahatlara alternative olmadığını da qeyd edib.