Azərbaycana hərbi texnika elementləri keçirmək istəyənlər ələ keçdi

Hərbi texnika elementlərinin Rusiyadan Azərbaycana keçirilməsinin qarşısı alınıb. 

Bununla bağlı TASS agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib: 

“Dağıstanın Yaraq-Qazmalar sərhəd keçid məntəqəsində keçirilən əməliyyat tədbirləri nəticəsində hərbi texnika elementlərinin Rusiyadan çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı cinayət işi başlanıb. Şübhəli şəxslər saxlanılıb”.