“Hüquq müdafiəçisi Oqtay Gülalıyevin qəzadan aldığı xəsarət ciddidir”.
Bu sözləri Lent.az -a açıqlamasında onun həkimi, professor Adil Qeybulla deyib. O bildirib ki, əməliyyat üç saatdan çox çəkib:
“Beynində açıq əməliyyat aparıldı və hazırda reanimasiya şöbəsindədir. Artıq hər şey bərpa prosesindən asılı olacaq”.
15:34
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin əməliyyatı bitib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hüquq müdafiəçisi hələlik əməliyyat blokundadır:
"20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək".
Qeyd edək ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata götürülüb. Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, O.Gülalıyevin yerləşdirildiyi özəl klinikadan nazirliyə verilən məlumata görə, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ancaq ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib:
"Səhiyyə Nazirliyi özəl klinikaya Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb".