Qadir İbrahimli: "SƏLİS həm vətəndaşların, həm təşkilatların xeyrinədir"

“İstənilən elektron xidmətə keçid, insan amilinin aradan çıxarılması, elektron sistem üzərindən hesabatların verilməsini hər zaman təqdirəlayiq hesab olunub. Bu baxımdan  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS layihəsi də yüksək qiymətləndirilməlidir”.

Bu sözləri Sherg.az-a açıqlamasında “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli deyib.

QHT rəhbəri qeyd edib ki, görülən işlərlə bağlı hesabat verərkən dəfələrlə müəyyən çətinliklər yaranırdı:

“Kimsə həmin an işdən olmurdu, vaxt itkisi və digər problemlərlər yaşanırdı. Amma indi bu işlər çox rahat şəkildə baş tutur. Elektron qaydada hesabatımız qəbul edilir və yekun akt imzalanır. Ümumiyyətlə, yaxşı olardı ki, digər sektorlarda da elektron xidmət həyata keçirilsin, imkan daxilində insan amili aradan qaldırılsın və hər bir işlər internet üzərindən aparılsın. Bu, həm vətəndaşların, həm təşkilatların xeyrinədir. Vətəndaşlar arasında hamı üçün eyni qaydalar prinsipi olur. Belə sistem idarəetmə baxımından çox yaxşıdır”.