Lavrov: "Qarabağla bağlı bu fəaliyyəti dəstəkləyirik"

Rusiya Qarabağ konfliktinin həllində ATƏT-in fəaliyyətini dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT Baş katibi Tomas Qremingerlə görüşü zamanı deyib.

“Biz ATƏT-in Dnestryanının həllində, Qarabağla bağlı razılıq axtarışında fəaliyyətini dəstəkləyirik, Cənubi Qafqazda stabilliklə bağlı Cenevrə diskussiyalarında vacib rolu olduğunu qeyd edirik”, – deyə o bildirib.