Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sərnişini Şabranın Udulu kənd sakini, 1984-cü il təvəllüdlü İsmayılova Könül Rəsul qızı hadisə yerində dünyasını dəyişib. Maşının sürücüsü Vasif İsmayılov isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.