Mingəçevirdə ev sahibinin qohumu 3000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin yaxın qohumu olan yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.