Lotu Quliyə 15 il cəza verilə bilər – SİYAHIDA DAHA KİMLƏR VAR?

Rusiyada 20-dən çox “qanuni oğru”ya ittiham irəli sürülüb.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, onların arasında Nadir Səlifov (Lotu Quli) da var.
Məlumata görə, ittihama səbəb 2019-cu ilin əvvəlində Rusiyada “qanuni oğru” titulunu daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qüvvəyə minməsidir.

Qulidən başqa siyahıda “Kolya Tomski”, “Bonço” ləqəbli Cumber Bayramidi, “Roma Stavrapolski” ləqəbli Roman Dmitriyev, “Şişkan” ləqəbli Oleq Şişkanov, “Rəşid Cambulski” ləqəbli Rəşid Xaçatryan, “Alfason” ləqəbli Qoça Antipov, habelə, İrakli Djabua (İka Rostovski), Ziavutdin Abdulxalikov (Zava), Şamil Maqomedov (Şamil Smolenski), Vadim Sabrekov (Çeburaşka), Nodar Djinçvelaşvili (Şoşia), Avtandil Kobeşavidze (Avto Kopala) və digərləri var.
İttihama əsasən, təqsirləndirilənləri 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.