Prezident İlham Əliyev Yevlax və Xaçmaz rayonlarına yeni təyin edilmiş icra başçılarını qəbul edərkən son günlər kadr islahatları çərçivəsində həyata keçirilən gəncləşmə siyasətilə bağlı danışıb.
Dövlət başçısı bildirib ki, bəzən yaşı ötmüş məmurların işdən azad olunmasını onlara qarşı gözdənsalma kampaniyasına çrvirmək cəhdləri müşahidə olunur. Prezident bunun yolverilməz olduğunu bildirib.