Volodin İrəvana gedir

Rusiya Dumasının sədri Vyaçeslav Volodin noyabrın 4-də Ermənistana gedəcək.

O, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasında iştirak edəcək.

Volodin noyabrın 5-nə qədər İrəvanda qalacaq. O, Ermənistanda bir sıra rəsmi şəxslərlə görüş keçirəcək.