Rusiyada sevgilisini öldürən şəxs həbsdə vəfat edib.
Life.ru xəbər verir ki, bu ilin iyul ayında Moskva şəhərində sevgilisini azyaşlı qızının gözü qarşısında qətlə yetirən 38 yaşlı Artyom Şustovun meyiti tapılıb.
Məlumata görə, o, keçmiş otaq yoldaşı olan 27 yaşlı Natalyanı parkda oynayan qızının gözü qarşısında 20-dən çox bıçaq xəsarəti yetirərək öldürüb. Şustov maşını ilə parka yaxınlaşıb, avtomobildən düşərək qadını bıçaqlayıb və dərhal da avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Polislər onu və maşınını hadisə yerindən 50 kilometr aralıda tapıblar.
Bir neçə gün əvvəl isə A.Şustov saxlanıldığı istintaq təcridxanasında hamamda ölü tapılıb.
Şustovun bundan öncə də cinayət törətdiyi üçün həbs olunduğu bildirilir.