Rusiyada "Lotu Quli"yə cinayət işi qaldırıldı

Rusiyada kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir İsmayılova cinayət ierarxiyasında ən yüksək vəzifəyə sahib olmaq ittihamı ilə cinayət işi qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

“İstintaq məlumatlarına görə, 2009-cu ildən Rusiya Federasiyası sərhədlərindən kənarda olan İsmayılov özünü “qanuni oğru” adlandıraraq cinayət aləmindəki avtoritet və təsirindən istifadə edərək, Moskva və Rusiyanın digər şəhərlərində cinayətkar fəaliyyətin təşkilatçılığı, rəhbərliyi və koordinasiyası ilə məşğul olub”, - məlumatda deyilib.