SƏLİS sistemi adına uyğun səlisliklə işləyəcək

“Azərbaycanda vətəndaşlara göstərilən elektron xidmətlərin sırasının artması və miqyasının böyüməsi əlbəttə ki, müsbət addımdır”. Bu sözləri Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, ASAN Xidmətin fəaliyyətə başlaması vətəndaşlarımızı bürokratik əngəllərdən nə qədər xilas edib, onların həll etməli olduqları sənədləşmə işlərini necə sürətləndirib və insanlarda haqlı məmnunluq yaradıb:

“Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təqdim olunan SƏLİS sistemini bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi və davamı kimi qiymətləndirmək olar.



Təqdimatdan aydın olduğu qədər, SƏLİS sistemi adına uyğun səlisliklə işləyəcək və ictimai sektorun fəaliyyətinə aid məsələlərin sürətli həllini təmin edəcək. Ümumiyyətlə, Şuranın həyata keçirdiyi öncəki innovativ yeniliklərə nəzər saldıqda, SƏLİS sisteminin də yetərincə effektli olacağına inam yaranır. Ümid edirik ki, bu qənaətimiz sona qədər dəyişməyəcək və SƏLİS öz adını, ona bəslənən ümidləri doğruldacaq”.