Təyyarənin mühərrikinə quş girdi və...

“Sukoi Superjet 100” təyyarəsi sol mühərrikinin sıradan çıxması nəticəsində təhlükəsiz şəkildə Tümen (Rusiya) aeroportuna enib.

Axar.az xəbər verir ki, bu barədə təyyarənin məxsus olduğu “Yamal” Havayolları şirkəti məlumat yayıb.

Təyyarənin göyərtəsində olan 80 sərnişin və 4 ekipaj üzvündən xəsarət alan olmayıb.

İlkin ehtimala görə, mühərrik quşun oraya girməsi nəticəsində sıradan çıxıb.