ABŞ-ın Suriya sərhədində patrul fəaliyyəti həyata keçirmək arzusu yoxdur, lakin Vaşinqton ölkənin neft resurslarını nəzarətində saxlamaq niyyətindədir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz neftə nəzarəti əlimizdə saxlamışıq. Suriya ilə sərhəddə patrul fəaliyyətini başqaları həyata keçirə bilərlər. Türkiyə burada 1000 il savaşıb. Qoy sərhədlə onlar məşğul olsunlar. Biz bununla məşğul olmaq istəmirik, biz əsgərlərimizi vətənə qaytarmaq istəyirik. Amma hərbçilərin bir qismini Suriyada saxlamışıq. Onlar neftə nəzarət edir. Neft mənim xoşuma gəlir, neft bizdədir", - deyə o bildirib.
Tramp ABŞ-ın bundan sonra da kürd qruplaşmaları və Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcəyini deyib.