ŞƏT-in bütün üzvləri sanksiyalara məruz qalır - Medvedyev

Şanxay Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələr bu və ya digər formadada iqtisadi məhdudiyyətlərlə toqquşur, amma bununla belə əməkdaşlığın inkişafı davam edir.

Axar.az xəbər verir ki, bunu ŞƏT-in hökumət başçılarının iclasında çıxışı zamanı Rusiya Baş naziri Dmitri Medvedyev deyib.

“Bizim əməkdaşlığımız hazırda yeni səviyyəyə çatıb. Bu, bütün fəaliyyət istiqamətlərinə aiddir. Bizim hamımıza qarşı təzyiq göstərilir, proteksionist metodlardan istifadə edilir, ticarət savaşı aparılır, sanksiyalar tətbiq edilir”, -deyə o bildirib.