Gürcüstanın Təhsil naziri Mixail Batiaşvitli istefaya gedib.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya hökumətin iclasında çıxışı zamanı deyib. Baş nazir Batiaşvilinin öz istəyi ilə istefaya getdiyini bildirib.
Qeyd edək ki, Batiaşvili Gürcüstan təhsil sistemində bir neçə innovasiyanın müəllifidir. O, həmçinin, təhsillə iqtisadiyyat arasında sıx əlaqənin təmin edilməsinin əsas dəstəkçilərindən biri sayılır.