"Azərbaycanda 1606 bələdiyyə var. Bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır".
Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin birgə komitələrinin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bələdiyyələrə eyni həcmdə vəsait verilir.
“Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər”, - deyə A.Rəhimzadə təklif edib.