Gürcüstan yüzlərlə Azərbaycan vətəndaşını sərhəddən geri qaytarıb

2019-cu ilin əvvəllərindən oktyabrın 20-si tarixinə qədər Gürcüstan 21 975 əcnəbi ölkə vətəndaşını öz ərazisinə buraxmayıb.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ilk pillələrdə İran (9272 nəfər) və Hindistan (4238 nəfər) və Azərbaycan vətəndaşları (1607 nəfər) daxildir. Statistik məlumata görə, Türkiyə (1231 nəfər), Rusiya (949 nəfər) və Ermənistan (507 nəfər) bu siyahıya daxildir.